Bakıda Vətən müharibəsi iştirakçısı ürəyindən BIÇAQLANDIbackend

Bakıda Vətən müharibəsi iştirakçısı ürəyindən BIÇAQLANDI

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən hadisə baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Muradov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Onun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N.Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*