Bakıda yaşayış binasında yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasının 6 mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
