Bakıda yaşayış binasında yanğın oldubackend

Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

KONKRET.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*