Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.
***
09:00
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
