Bakının Xətai rayonunda üç avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Rayonun Nobel prospektində, “Asiman” şadlıq evinin qarşısında “KİA” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman qarşıdakı “Lada Priora” markalı avtomobilə çırpılıb.
Zərbənin gücündən “Lada Priora” “Nissan Armada” markalı maşına dəyib. Qəza nəticəsində “KİA” və “Lada Priora”da ümumilikdə ik nəfər olmaqla sərnişinlər xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. (APA)
