Bakıdakı avtobus qəzasında xəsarət alanlar 7 nəfərdibackend

Bakıdakı avtobus qəzasında xəsarət alanlar 7 nəfərdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

KONKRET.AZ xəbər verir ki, birlikdən verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:

“Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzaya uğrayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*