Bakıdan 5 erməni hərbçini aparan  təyyarə İrəvanda eniş etdi – VİDEO -YENİLƏNİBbackend

Bakıdan 5 erməni hərbçini aparan təyyarə İrəvanda eniş etdi - VİDEO - YENİLƏNİB

Bakıdan göyərtəsində İrəvana qaytarılan beş erməni hərbçi olan təyyarə Erebuni hava limanına enib.

KONKRET.az xəbər verir ki, onları Rüstəm Muradov müşayiət edib.

Kadrlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş və indiki komandiri – Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin görüntülənib.

Həmin videonu təqdim edirik.

***

19:09

“Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrin keçmiş komandanı hazırda 5 erməni diversantla birlikdə Bakıdan İrəvana uçur”.

KONKRET.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Əldə etdiyimiz məlumata görə, Bakıdan İrəvana bir təyyarə havaya qalxdı. General Rüstəm Muradov Ermənistana əliboş getmir – təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçisini özü ilə aparır. Mənbəmiz xəbər verir ki, söhbət Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən erməni əsgərlərindən gedir.  Həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının humanist jestidir”.

Qaytarılan əsirlərin adları:

1. Mels Ambardanyan
2. Rafik Karapetyan
3. Zhora Manukyan
4. Sedrak Soqomonyan
5. Hovsep Manukyan

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*