Bakıdan Həştərxana uçan təyyarə geri qayıdıb – SƏBƏBİbackend

Bakıdan Həştərxana uçan təyyarə geri qayıdıb - SƏBƏBİ

Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki, təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.

Hava gəmisi yerli vaxtla 10:50-də Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*