Bakının bu hissəsində “xruşovka”lar sökülür – AÇIQLAMAbackend

Bakının bu hissəsində "xruşovka"lar sökülür - AÇIQLAMA

Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

KONKRET.az xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini “SmartDom” MMC şirkəti aparır. Pilot layihə deyil”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*