Bu şəhərdə ölümcül hörümçəklər yayılıbbackend

Bu şəhərdə ölümcül hörümçəklər yayılıb

Rusiyada qadının ölümcül zəhərli qara dul hörümçəyi (karakurt) tərəfindən dişləndiyi iddia olunur. Hazırda qadın xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, 31 yaşlı Lidiya Çelyabinskdən cəmi 20 kilometr aralıda yerləşən ərazidə qızı ilə gəzərkən qoltuqaltı nahiyəsində sanki iynə batırılmış kimi güclü ağrı və yanma hiss edib. Onun sözlərinə görə, həmin an üzərində qırmızı-qara rəngli, zəhərli qara dul hörümçəyinə bənzəyən bir hörümçək görüb və onu üzərindən kənara atıb.

Cəmi bir neçə dəqiqə sonra qadının vəziyyəti qəfil pisləşib. Zərərçəkənin dediyinə görə, onda güclü halsızlıq, başgicəllənmə, nəfəs darlığı və ağız quruluğu yaranıb. Qorxuya düşən qadın dərhal xəstəxanaya müraciət edib. Həkimlər əvvəlcə onu hansı canlının dişlədiyini müəyyən edə bilməyiblər. Qadın xəstəxanaya yerləşdirilib, ona iynələr vurulub və damardaxili müalicə təyin olunub.

Hazırda Lidiya xəstəxanadadır. Onun sözlərinə görə, həkimlər bölgənin baş epidemioloqu ilə məsləhətləşiblər. Epidemioloq bildirib ki, Çelyabinsk vilayətində indiyədək karakurt hörümçəklərinin mövcudluğu rəsmi şəkildə qeydə alınmayıb. Mütəxəssislər indi qadını həqiqətən qara dul hörümçəyinin dişləyib-dişləmədiyini, yoxsa simptomların başqa bir hörümçək və ya həşəratın sancması nəticəsində yaranıb-yaranmadığını araşdırırlar.

Bundan əvvəl Rusiyada ölümcül zəhərli hörümçəklərin yayılması barədə xəbərdarlıq edilmişdi. Məlumatlara görə, onların zəhərindən azı 14 nəfər zərər çəkib. Bildirilir ki, bu zəhər zınqırovlu ilanın zəhərindən təxminən 15 dəfə daha toksikdir. Həmçinin Orenburq vilayətində qara dul hörümçəyinin çoxmənzilli binanın girişini toru ilə bağlaması yerli sakinlər arasında narahatlıq yaradıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*