Bakının İrəvana qarşı yeni TƏZYİQ MEXANİZMİ: Ermənistan seçim qarşısındadır – İLGİNC AÇIQLAMAbackend

Bakının İrəvana qarşı yeni TƏZYİQ MEXANİZMİ: Ermənistan seçim qarşısındadır - İLGİNC AÇIQLAMA

Zəngəzur dəhlizinin yeni görüntüləri yayılıb və artıq uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. İşlərin 73 faizinin icra olunduğu bildirilir. Göründüyü kimi Azərbaycan və Türkiyə dəhlizin açılması üçün səylə çalışır. Bəs görəsən şlər yekunlaşdıqdan sonra bu dəhlizin açılması üçün hansı maneələr ola bilər? Ümumiyyətlə Zəngəzur dəhlizinin açılması ilə “Böyük Qayıdış”ın həyata keçirilməsi istiqamətində hansı addımlar atılır?

Mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Ermənistan və Azərbaycan arasında müharibəni sonlandıran və diplomatik danışıqların başlamasının əsasını qoyan 10 noyabr Bəyanatı imzalanarkən əsas diqqət işğal faktının aradan qaldırılmasına, düşmənin torpaqlarımızdan çıxarılmasına və qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılmasına yönəlmişdi: “Amma Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliklə strateji hədəflərimizə istiqamətlənən digər  tələbimizin də 10 noyabr Bəyanatına salınmasını təkidlə tələb etməsi, daha bir uğurun başlanğıcı oldu. Belə ki, ötən iki illik müddətdə Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsinin nə qədər aktual olması ön plana çıxdı. Bu bəndin Bəyanatda əks olunması regionda baş verən proseslərə təsir etmək imkanlarımızı, eyni zamanda Azərbaycanın regional oyunçuya çevrilməsi istiqamətində atdığı addımları ortaya qoydu. Bu bəndin Bəyanata salınması ilə Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yeni elementlər qatıldı. Əgər 9-cu bənd bəyanatda yer almasaydı, o zaman Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi, Əsgəran və digər yaşayış məskənlərində yerləşən erməni azlıqlarla İrəvanın əlaqəsinin qurulmasını nəzərdə tutan Laçın yolu ilə bağlı bəndin mövcudluğu Ermənistanın manevr imkanlarını kifayət qədər böyüdərdi. Məhz Azərbaycan liderinin uzaqgörən siyasəti nəticəsində 9-cu bəndin reallaşması istiqamətində atılan addımlar Ermənistanın manevr imkanlarını məhdudlaşdırdı və rəsmi Bakının İrəvana qarşı yeni təzyiq mexanizmlərini formalaşdırdı”.

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

Politoloqun sözlərinə görə, ötən iki il ərzində Azərbaycan tərəfi bu istiqamətdə çox ciddi praktiki işlər həyata keçirib: “Məhz Laçın dəhlizinin mühüm bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun böyük faizi yekunlaşmaq üzrədir. Eyni zamanda bu yol vasitəsi ilə Azərbaycanı Türkiyə ilə birləşdirmək istiqamətində rəsmi Ankara tərəfindən sürətli iş aparılır. Hesab edirəm ki, qısa zamanda məhz bu yol vasitəsi ilə ölkəmizin həm Türkiyə, həm də Orta Asiya respublikaları ilə əlaqəsinin qurulması təmin olunacaq. Bununla da Çindən Avropaya qədər uzanan orta dəhlizin əhəmiyyəti dəfələrlə artacaq. Çünki orta yol şərq-qərb arasındakı ticarətdə çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə, Rusiyanın Ukraynaya təcavüzündən sonra şimal xəttinə böyük embarqolar tətbiq olunub, cənub xətti isə yol uzunluğu baxımından əlverişli deyil. Bütün bunlar orta yolun əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin açılması ilə orta yol vasitəsi ilə daşınmaların həm vaxt həm də maddi baxımdan səmərəsi daha da yüksələcək. Bu baxımdan Azərbaycan həm də Zəngəzur dəhlizinin açılması ilə böyük bir nəqliyyat xəttinin əsas halqalarından birinə çevriləcək. Hesab edirəm ki, Zəngəzur dəhlizin açılması yalnız Azərbaycan dövlətinin və onun müttəfiqlərinin maraqlarında deyil. Bu, həm də Çin məhsullarının qərb bazarlarına, Avropa mallaının isə şərq bazarlarına çıxarılmasında istəkli olan dövlətlərin diqqətindədir. Ona görə də, Ermənistan və havadarlarının problem yaratmağa çalışdığı Zəngəzur dəhlizi gec-tez açılacaq. Zəngəzur dəhlizi ilə bağlı status məsələsi isə tam başqa bir mövzudur. Hesab edirəm ki, status məsələsi Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsində əsas rol oynayır. Azərbaycan Prezidenti Münhen konfransında açıq şəkildə bəyan etdi ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman eyni status Laçın yoluna tətbiq ediləcək. Seçim isə artıq Ermənistanın öhdəsinə düşür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*