Bakıya gələn Bülent Ersoy azərbaycanlılara müraciət etdi – VİDEObackend

Bakıya gələn Bülent Ersoy azərbaycanlılara müraciət etdi - VİDEO

Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir.

Belə ki, Türkiyənin divası Azərbaycanın paytaxtında ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək.

KONKRET.AZ xəbər verir ki, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək.

Sənətçi konsertin anonsunu verib: “Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə…”

Qeyd edək ki, konsertin təşkilatçısı “Boomerang label” şirkətidir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az-a məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*