Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi – VİDEObackend

Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.

KONKRET.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən daxil olan məlumata görə, şöbəyə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*