Balakəndə ildırım evi vurub külə döndərdibackend

Balakəndə ildırım evi vurub külə döndərdi

Balakəndə yaşayış evini ildırım vuraraq yndırıb.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Katex kəndində baş verib.

Kənd sakini Kərimov Məmmədvəli Əsəbəli oğluna məxsus, 4 otaq və aynəbənddən ibarət olan yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsindən texnikalar və şəxsi heyət cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və  iki otaq əşyaları ilə birilikdə tamamilə yanıb. İki otaq və aynəbəddin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*