Baqdasaryan ermənilərin “iç üzü”nü açmaqda davam edir: “Müharibədə əsgərlərin 40%-ni Artsax ordusu qəsdən öldürüb” – VİDEObackend

Baqdasaryan ermənilərin "iç üzü"nü açmaqda davam edir: "Müharibədə əsgərlərin 40%-ni Artsax ordusu qəsdən öldürüb" - VİDEO

Ermənilər bütün dünyanı günahlandırmaqdan əl çəkib, indi də bir-birlərini “qırırıar”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, son günlər yerli ermənilərlə xaricdə yaşayan ermənilər arasında qalmaqallar bitmir. Onlar düşdükləri acınacaqlı duruma görə bir-birlərini ittiham edirlər.

Erməni jurnalist Roman Baqdasaryan bu dəfə 44 günlük müharibədə əsgərlərin özləri, yəni erməni generalları  tərəfindən öldürdüyünü deyib.

“Erməni əsgərlərinin 40 faizini Artsaxın ordusu, Artsax zabitləri, generalları öldürüb. Onların göstərişi ilə oğlanlarımız öldürülüb. Siz bundan danışın necə erməni generallarının əmri ilə erməni əsgərlər öldürülüb. Niyə danışmırsınız, Moskvada yaşayan erməni blogerlər?”, – deyə jurnalist sual verib.

Daha sonra  Baqdasaryan Madagizdə (Suqovuşan) 200 erməni hərbçinin necə öldürülməsindən danışıb.

“Bütün Ermənistana danışın Madagizdə 200 erməni əsgərini necə qırıb Artsax ordusu, niyə demirsiniz? Paşinyanın üstünə düşmüsünüz, Niyə demirsiniz ki, hərbçilər generalların göstərişi ilə öldürülüb. Onları niyə öldürdülər? Ona görə ki, ölənlərin sayı çox olsun, siz də Paşinyanı devirəsiniz”, – deyə bloger hiddətlənib.

Roman Baqdasaryan xaricdə yaşayan erməni blogerlərə səslənib. “Sizə ayıb olsun, 30 il ermənilər oğlanlarını orduya göndərdi, siz də o ordunu məhv etdiniz, ar olsun sizə!”, -deyə vurğulayıb.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*