İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Pedri ilə müqavilə müddətini yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, futbolçunun əvvəlki müqaviləsi 2026-cı ildə başa çatacaqdı.//Report