“Barselona”nın futbolçuları koronavirus testindən keçəcəkbackend

"Barselona"nın futbolçuları koronavirus testindən keçəcək

İspaniyanın “Barselona” klubu sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Neapol şəhərində “Napoli”nin qonağı olacaq.

KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, son bir neçə gündə İtaliyada geniş yayılan koronavirus epidemiyasına görə Kataloniya təmsilçisinin futbolçuları ölkəyə daxil olmazdan əvvəl xüsusi testdən keçəcəklər.

Fevralın 25-də keçiriləcək “Napoli” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 7-yə çatıb. İnfeksiya daşıyıcılarının sayının isə 157 nəfər olduğu bildirilib. Eyni zamanda 11 qəsəbədə 50 min insan nəzarət altına alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*