“Barselona” komandası İspaniya çempionatının 21-ci turunda “Valensiya”ya məğlub olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, “Valensiya” 12-ci dəqiqədə hesab aça bilərdi, lakin Maksi Qomes penalti zərbəsini reallaşdıra bilməyib. İkinci hissədə “Valensiya”nın irəli çıxmasına kataloniyalı müdafiəçi Jordi Alba kömək edib. O, topu öz qapısına göndərib. 77-ci dəqiqədə isə Qomes penalti zərbəsini yerinə yetirərək oyunda son nəticəyə nöqtə qoyub. Valensiya-Barselona 2:0
Qollar: Alba, 48 (öz qapısına), Qomez, 77 Valensiya: Domenek, Vass, Qaray, Paulista, Qayya, Torres, Koklen, Kondogbiya, Soler (Sobrino, 90), Hameyro (Rodriqo, 59), Qomes (Hayme, 79)
Barselona: Ter Ştegen, Roberto, Pike, Umtiti, Alba, Artur (Vidal, 56), Buskets, de Yong (Rakitiç, 85), Messi, Qrizmann, Fati (Kollado, 85)
Xəbərdarlıq: Koklen, Pique, Umtiti, Busquets
KONKRET.az
