Milli Məclisin deputatı Vahid Əhmədov bəzi regionlarda örüş yerləri, yaylaqlarla bağlı problemə toxunub.
KONKRET.az-ın məlumatına görə, deputat bunu Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, örüş yerlərini ələ keçirən şəxslərin arxasında məmurlar dayanır.
“Bu yaxınlarda Qubada örüş yerləri ilə bağlı ciddi narazılıq yaranmışdı. Biz çox çətinliklə həmin etirazı yatızdırdıq”, – deyə millət vəkili əlavə edib.
V.Əhmədov təklif edib ki, Baş nazir Əli Əsədov örüş yerləri ilə bağlı qərar imzalasın.
