Baş Prokurorluq icazəsiz aksiya barədə xəbərdarlıq edibbackend

Baş Prokurorluq icazəsiz aksiya barədə xəbərdarlıq edib

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Baş prokurorunun müavini Bulat Dyembayev ölkə vətəndaşlarını Müstəqillik Gününün qeyd ediləcəyi 16 dekabrda icazəsiz aksiyalarda iştirakdan çəkinməyə çağırıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, B.Dyembayev deyib ki, xüsusən xaricdə yaşayan bəzi şəxslər sosial şəbəkələr vasitəsi ilə insanları Müstəqilik Günündə qanunsuz aksiyalarda iştirak etməyə çağırır.

Baş prokurorun müavini icazəsiz aksiyada iştirak edənlərin inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, 9 iyun 2019-cu ildə keçirilən prezident seçkilərindən sonra Qazaxıstanda bir neçə icazəsiz aksiya keçirilib. Qazaxıstan Daxili İşlər Nazirliyi icazəsiz aksiyaları məhkəmənin fəaliyyətini qadağan etdiyi ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının təşkil etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*