Rusiya ordusu Odessaya hücum edib və nəticədə “Çernomorets” futbol klubunun stadionuna ziyan dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Odessa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak da təsdiqləyib.
Bildirilib ki, hücum nəticəsində stadionun dam örtüyünə və oturacaqlara ziyan dəyib və bir nəfər yaralanıb.
