Baş prokurorluq icra başçısının səs yazısı barədə: “Heç bir cinayət tərkibi yoxdur”backend

Baş prokurorluq icra başçısının səs yazısı barədə: "Heç bir cinayət tərkibi yoxdur"

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xatırladır ki, iki həftə əvvəl sosial şəbəkələrdə Daşkənd şəhərinin meri Cahangir Artıxocayevin jurnalistlərə qarşı təhdid və təhqirlərlə dolu səs yazısı yayılmışdı. Elə həmin gün ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi merin məlum çıxışına rəsmi münasibət bildirmişdi.

Bu gün isə Özbəkistan Baş Prokurorluğu Artıxocayevin səs yazısı barədə reliz yayımlayıb. Prokurorluq bildirib ki, “Jurnalistlərin fəaliyyətinin müdafiəsi haqqında” qanunu pozaraq bu səs yazısı Kun.uz saytının müxbiri B.Əhmədov tərəfindən şəhər rəhbərliyində keçirilmiş görüşdə qeydə alınıb. Görüş Almazar rayonu icra başçısının müavini A.Vahabovun jurnalistləri təqibi xəbərindən sonra tərəfləri barışdırmaq üçün Artıxocayev tərəfindən təşkil edilibmiş.

B.Əhmədov görüşdən sonra redaksiyaya yollanıb və ssə yazısını redaktora təhvil verib, redaktor isə qeyri-qanuni səs yazısını ləğv etməyib. Səhəri gün səs yazısı kəsilmiş və montaj olunmuş variantda sosial şəbəkələrdə yayımlanıb. Baş prokurorun sözlərinə görə, redaktor sonradan istintaqa səs yazısının tam versiyasını da təqdim edib.

İstintaqın gedişi zamanı məlum olub ki, Cahangir Artıxocayev hakimiyyət və rəhbərliyin məsul işçisi olaraq, mənəvi və etik qaydaları pozub, təhdid və təhqirlərə yol verib. Eyni zamanda, bu təhdid və təhqirlər ümumi xarakter daşıyıblar və konkret şəxslərə ünvanlanmayllar, bununla əlaqədar C.Artıxocayevin hərəkətlərində cinayət tərkibi aşkar edilməyib və Özbəkistan Respublikası Cinayət Prosessual Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi əsasında cinayət işinin başlanmasına rədd cavabı verilib.

Lakin C.Artıxocayev Özbəkistan Respublikası Nazirlər Kabinetinin “Dövlət idarəetmə orqanlarının və bu sahədə icra hakimiyyəti orqanlarının işçiləri üçün standart etik davranış qaydalarının təsdiq edilməsi haqqında” qərarının tələblərini pozduğunu nəzərə alaraq prokurorluq Artıxocayevin intizam məsuliyyəti məsələsinə baxılması üçün hökumətə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*