Baş redaktor: “Mediamız bataqlığın içindən çıxmağı bacardı”backend

Baş redaktor: “Mediamız bataqlığın içindən çıxmağı bacardı"

Baş redaktor: “Qarşıdakı illərdə mediamız üçün daha yaxşı nəticələr olacaq”

“1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının, maarifçiliyin və milli kimliyi tanıtma prosesinin təməli qoyuldu. Artıq 169 ildir mətbuatla maarifçilik prinsipləri ilə paralel addımlayır. Müasir dövrün mətbuat tarixçiləri də əslində milli mətbuatın deyil, milli kimliyimizn tarixini araşdırırlar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli deyib. O, qeyd edib ki, son bir neçə ildə medianın inkişafı danılmazdır:

“Təbii ki, müəyyən çatışmazlıqlar ola bilər, çünki media uzun illər belə demək mümkünsə bataqlığın içində olub, indi onu bataqlıqdan tamamilə çıxarmaq üçün zamana ehtiyac var. Qısa zamanda müşahidə olunan dəyişikliklər gələcəyə ümidləri daha da böyüdür”.

Vasif Həsənli bildirib ki, əgər vaxtilə dövlətin mediaya maliyyə dəstəyini yalnız bəlli bir qrup mənimsəyirdisə, indi bu dəstək ədalətli şəkildə bölünür və əsas yanaşma peşəkar medianın formalaşmasıdır. Biz bunu gündəlik fəaliyyətimizdə hiss edirik.

“Əgər vaxtilə medianın işinə birbaşa müdaxilə var idisə, indi bu aradan qalxır. Belə müdaxilələr peşəkar medianın işinə əngəl yaradırdı, çünki işini bilən onsuz da işləyəcək, əlavə müdaxilələrlə fəaliyyəti məhdudlaşdıranda nə peşəkarlıq qalır, nə də jurnalistika. Mediamız bu bataqlığın içindən çıxmağı bacardı. Təbii ki, burada əsas olan Prezident İlham Əliyevin siyasi iradəsidir. Dövlət başçısı ölkədə köklü islahatların tərkib hissəsi kimi media islahatları ilə bağlı da göstərişlər verdi. Bu, istər kadr dəyişikliyi, istər fəaliyyət prinsiplərinin peşəkarlaşması, istərsə qanunvericilik bazasında özünü göstərdi. Medianın İnkişafı Agentliyinin yaradılması ən uğurlu addımlardan biri hesab oluna bilər. Qısa zamanda Agentlik öz fəaliyyəti ilə bunu təsdiqlədi. Media haqqında qanunun qəbulu, qanunda nəzərdə tutulanlar da bu sahədə uğurlardan biridir” – deyə baş redaktor əlavə edib.

Vasif Həsənli onu da deyib ki, qanun təkcə medianın peşəkar fəaliyyət imkanlarının genişləndirilməsini yox, həm də jurnalistlərin sosial-məişət həyatının yaxşılaşdırılmasına da xidmət edir. Bu da indiki şəraitdə dövlətin əsas diqqətindən biridir və ən əsası hər kəsə bərabər şərait yaradılır.

“Bununla yanaşı, son bir neçə ildə Azərbaycan mediasının beynəlxalq arenada fəaliyyətinin genişləndiyini müşahidə edirik. Misal üçün, Ukrayna müharibəsində mediamızın beynəlxalq səıviyyədə işləyə bilməsi bunun bariz nümunəsidir. Bütün bunlar başlanan islahatların və peşəkar, dürüst kadrların bu islahatlarla nəzərdə tutulan hədəflərə çatmaq üçün həyata keçirdikləri fəaliyyətin nəticəsidir. Fikrimcə, qarşıdakı illərdə mediamız üçün daha da yaxşı nəticələr olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*