Basketbol millimiz Cəbəllütariqi darmadağın etdibackend

Basketbol millimiz Cəbəllütariqi darmadağın etdi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı ikinci matçında Cəbəllütariqlə qarşılaşıb. Görüş Azərbaycan millisinin 115:60 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyununda “Lüksemburq”a qalib gəlib – 75:71.

Qeyd edək ki, Azərbaycan növbəti matçını iyulun 27-də Ermənistana qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*