Batumidə çökmüş binanın altında 15 nəfər qalıb – VİDEO – YENİLƏNİB backend

Batumidə çökmüş binanın altında 15 nəfər qalıb - VİDEO - YENİLƏNİB 

“Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan var”.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerində olan nazirin sözlərinə görə, onların ikisi xilasediciləri köməyə çağırır.

V.Qomelauri qeyd edib ki, hadisənin dəqiq səbəbi bilinməsə də, ilkin səbəb kimi binanın birinci mərtəbəsində aparılan təmir işləri göstərilir. O, hadisənin qaz sızması nəticəsində baş verməsini istisna edib.

Nazir deyib ki, xilasetmə işlərinə 200-ə yaxın xilasedici və xüsusi texnika səfərbər olunub.

***

 13:40
Batuminin mərkəzində 5 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

KONKRET.az  “Batumelebi” agentliyinə istinadən xəbər verir ki, binanın uçması nəticəsində xəsarət alanlar var.

Hazırda hadisə yerində xüsusi texnika, xilasetmə briqadaları və təcili tibbi yardım əməkdaşları çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*