Batumidəki hadisəyə görə 3 nəfər barəsində həbs qərarı verildibackend

Batumidəki hadisəyə görə 3 nəfər barəsində həbs qərarı verildi

Batumidə yaşayış binasının uçması ilə əlaqədar saxlanılan 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

KONKRET.az “1tv.ge”yə istinadən xəbər verir ki, bu barədə qərarı Batumi Şəhər Məhkəməsinin hakimi Tamar Bejanişvili açıqlayıb.

Məlumata əsasən, təmir-bərpa işləri aparılan mənzilin sahibi Zaur Budatov və təmir işlərini görən ata-oğul Hüseyn və Girogi Surmanidze tikinti zamanı təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinirlər.

Vəkillərin sözlərinə görə, insidentdə təqsirli bilinən şəxslərin ekspertiza başa çatmadan saxlanılması qanunsuz hərəkətdir.

“Report”un məlumatına görə, saxlanılan şəxslərdən biri Zaur Budatov Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, oktyabrın 8-i Batumidə “26 may” küçəsində yaşayış binasının bir hissəsi uçub. Nəticədə 9 nəfər həlak olub, 1 nəfər yaralanıb. Həlak olanların 3-ü uşaqdır. Hadisə ilə bağlı bu gün Gürcüstanda matəm elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*