Baxmut təslim edilməyib – Ukrayna MNbackend

Baxmut təslim edilməyib - Ukrayna MN

Rus qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir və Baxmut şəhəri uğrunda döyüşlər dayanmır.

KONKRET.az “Ukrayinska Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

“Düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirməkdə davam edir.

Ümumilikdə, son sutka ərzində cəbhənin göstərilən bölmələrində 53 toqquşma baş verib, Baxmut və Maryinka hərbi əməliyyatların episentrində qalır”, – deyə Ukrayna Baş Qərargahının bəyanatında qeyd olunur.

Bundan əvvəl “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin Donetskin Artemovsk (Baxmut) şəhərinin tam ələ keçirildiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*