ABŞ Prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl mülki fəal Markus Qarvini ölümündən sonra əfv edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios” məlumat verib.
Qeyd edək ki, Qarvi 85 il əvvəl vəfat edib, o, ABŞ-də qaradərililərin hüquqları uğrunda hərəkatı formalaşdıran ilk şəxslərdən olub.
Qarvinin əfv edilməsi, bəyanata görə, ABŞ-də onun qlobal təbliğatının və təsirinin təqdir edilməsi ilə bağlıdır. Baydenin qərarında həm də onun cinayətdə mühakimə olunmasının ədalətsiz olduğu vurğulanıb.
Qarvi 1923-cü ildə poçt fırıldaqçılığına görə beş il müddətinə azadlıqdan məhrum edilib. O, 1940-cı ildə vəfat edib.
KONKRET.az