ABŞ Prezidenti Cozef Bayden Avropa İttifaqı və NATO-dakı müttəfiqləri ilə videozəng zamanı Ukrayna üzrə koordinasiyanı müzakirə edib.
KONKRET.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə bildirib.
“Prezident böhrana yanaşmamızı koordinasiya etmək üçün əsas müttəfiqlər və tərəfdaşlara qapalı videozəng edib. (Danışıqlarda-red) Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, NATO-nun baş katibi və Aİ prezidenti iştirak edib”, – Sullivan deyib.
“Biz geniş strategiyadan texniki detallara qədər əhəmiyyətli birlik və irəliləyiş səviyyəsinə nail olduq”, – o əlavə edib.
ABŞ Prezidenti Avropa İttifaqı və NATO müttəfiqləri ilə videokonfrans zamanı deyib ki, Birləşmiş Ştatlar kəşfiyyatının məlumatına görə, Rusiya fevralın 16-da Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacaq.
Baydenin milli təhlükəsizlik müşaviri Rusiyanın Pekində keçirilən və fevralın 20-də başa çatacaq Olimpiada oyunları zamanı işğal edəcəyini vurğulayıb.
