Səudiyyə Ərəbistanı neft hasilatını cəmi 30 faiz artıra biləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman deyib. O vurğulayıb ki, krallıq neft hasilatını yalnız 30 faiz artıra bilər.
Xatırladaq ki, bir gün əvvəl şahzadə bin Salman ABŞ prezidenti Co Baydenlə görüşüb və danışıqlar zamanı Rusiya karbohidrogenlərinin alınmasından imtina fonunda Səudiyyə Ərəbistanından bazara neft tədarükünün artırılması imkanları müzakirə olunub.
Eyni zamanda, Səudiyyə Ərəbistanı iyul və avqust ayları üçün planlaşdırılan rəqəmlərlə müqayisədə neft hasilatını 50 faiz artırmağı vəd edib. Bu barədə Ağ Evin bəyanatında deyilib:
“Səudiyyə Ərəbistanı neft hasilatını sutkada 13 milyon barrelə çatdıracaq”, – Bin Salman vurğulayıb. O, bundan sonra krallığın hasilatı artırmaq imkanının olmayacağına da diqqət çəkib.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 milyon barel təşkil edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
