Bayden “yaxşı yaddaşım var” dedi, amma yenə adları qarışdırdıbackend

Bayden "yaxşı yaddaşım var" dedi, amma yenə adları qarışdırdı

ABŞ prezidenti Co Bayden evində tapılan məxfi sənədlərlə bağlı hesabatını açıqlayan xüsusi prokuror Robert Hura yaddaş və qocalığı ilə bağlı əsassız ittihamlara reaksiya verib.

KONKRET.az xəbər verir ki, o öz açıqlaması zamanı Misir Prezidenti Sisini Meksika prezidenti adlandırıb:

“Mənim haqqımda deyirlər ki, yaddaşı yaxşı deyil, amma yaddaşım yaxşıdır”.

Yaddaşının yaxşı vəziyyətdə olduğunu bir neçə dəfə ifadə edən Bayden Amerika ictimaiyyəti və mediasında gündəmə gələn bu cümlələrdən bir neçə dəqiqə sonra Qəzza ilə bağlı sualı cavablandırarkən “Meksika prezidenti Sisi ilə görüşdüm” deyib.

Respublikaçı Konqres üzvləri sosial media hesablarında Baydenin bu cümləsinin yer aldığı video bölməsini paylaşaraq “Bayden prezidentliyə uyğun deyil” şərhini yazıblar.

ABŞ-ın xüsusi prokuroru Robert Hur prezident Co Baydenin evindən gizli sənədləri bilərəkdən saxladığını, lakin həm istintaqda əməkdaşlıq etdiyinə, həm də çox zəif yaddaşına görə Baydenə qarşı ittiham irəli sürməyəcəyini açıqlayıb. Hur hesabatında yazıb: “Məhkəmə zamanı cənab Bayden, çox güman ki, bizimlə görüşdə olduğu kimi, münsiflər heyətinə simpatik, yaxşı niyyətli, zəif yaddaşa malik qoca kimi təqdim ediləcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*