Baydenin kortejinə yaxınlaşan və onun şəkillərini çəkən hər kəs GÜLLƏLƏNƏCƏK – ABŞ-dan XƏBƏRDARLIQbackend

Baydenin kortejinə yaxınlaşan və onun şəkillərini çəkən hər kəs GÜLLƏLƏNƏCƏK - ABŞ-dan XƏBƏRDARLIQ

ABŞ Baydenin kortejinə yaxınlaşan və onun şəkillərini çəkən hər kəsi güllələyəcəyi ilə bağlı Kamboca hökumətinə xəbərdarlıq edib. Bu barədə anonim istifadəçilər tərəfindən sosial şəbəkələrdə məlumat dərc olunub.

KONKRET.az “Khmer times” nəşrinə istinadən xəbər verir ki, bu gün Kamboca Daxili İşlər Nazirliyinin sözçüsü Kxieu Sophkeak yayılan şayiələri təkzib edib:

“Yalan məlumat çaşqınlıq yaradıb. Hökumət sosial media istifadəçilərindən saxta xəbərlər yaymamağı xahiş edir”.

Nazirliyinin sözçüsü vətəndaşları heç bir rəsmi nümayəndə heyətinin arxasında motosiklet və avtomobil sürməməyə çağırıb.

O bildirib ki, ictimai yerlərdə fotoşəkil çəkməyə icazə verilir.

Qeyd edək ki, ABŞ lideri Co Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində noyabrın 12-13-də keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak etmək üçün Pnompenə gedəcək.

ASEAN 1967-ci ildə yaradılıb və bu gün 10 ölkəni, Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*