Bayden Səudiyyə Ərəbistanına səfər etdi – YENİLƏNİBbackend

Bayden Səudiyyə Ərəbistanına səfər etdi - YENİLƏNİB

ABŞ Prezidenti Co Bayden İsrail, Fələstin və Səudiyyə Ərəbistanına regional səfərinin son dayanacağı olan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydeni daşıyan prezident təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib.

ABŞ Prezidentini hava limanında Məkkə əmiri şahzadə Xalid əl-Feysəl və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndər Əl Səud qarşılayıblar.

Qeyd edək ki, Bayden 20 yanvar 2021-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edir. Co Bayden Ər-Riyad Administrasiyasının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmaq qərarından sonra Tel-Əvivdən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk ABŞ Prezidenti oldu.

18:16

ABŞ Prezidenti Co Bayden bu gün Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına yollanacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Bayden Ciddə şəhərində Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə ikitərəfli görüş keçirəcək.

Bunun ardınca, Bayden və onu müşayiət edən nümayəndə heyəti vəliəhd şahzadə Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının nazirləri ilə işgüzar görüşdə iştirak edəcək.

ABŞ liderinin səfəri zamanı baş tutan görüşlərdə enerji təchizatı, insan hüquqları və təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Co Bayden iyulun 13-dən 16-na qədər Yaxın Şərqdə səfərdə olacaq. O, bu səfər çərçivəsində artıq İsraildə olub. ABŞ Prezidenti, həmçinin İordan çayının qərb sahilinə də səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*