Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manatbackend

Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Bəs ən çox hansı məhsullar ucuzlaşıb? 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır.

Hazırda bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kilosu 1 manata satıldığı halda, bibərin qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 30-50 qəpik arasında dəyişir.

Satıcılar bildirirlər ki, mövsümi bolluq məhsulun artmasına, bu isə qiymətlərin enməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*