BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldıbackend

BDU-nun 2 prorektoru1 dekanı işdən çıxarıldı

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, öz ərizəsi ilə vəzifəsindən azad edilən universitetin Elm və innovasiyalar üzrə keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Bundan başqa, BDU-nun Ümumi məsələlər üzrə prorektor vəzifəsinə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı vəzifəsinin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib.

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Qeyd edək ki,  Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb. Bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub.

Bundan başqa, BDU-nun Biologiya fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*