Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 11-nə cəbhədəki vəziyyətlə bağlı səhər hesabatını dərc edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Baş Qərargah yayıb.
Mənbə qeyd edir ki, Belarus Ukrayna ilə sərhəddə Brest və Qomel vilayətlərində yeddi batalyon toplayıb:
“Məqsəd iyunun 18-dək davam edəcək qoşunların döyüş hazırlığını yoxlamaqdır. Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi qalmaqdadır.
Liman istiqamətində Rusiya qüvvələri Slavyansk və Severskə qarşı hücuma hazırlaşır. Rusiya Arıxana – Boqorodiçnoye istiqamətində hücum əməliyyatları aparır. Ruslar Novotoşkovskoye – Orexovo istiqamətində irəliləyirlər. Severodonetskə də hücumlar davam edir.
Ukrayna ordusu son sutka ərzində Donbasda 14 hücumu dəf edib. Dörd tank, iki artilleriya qurğusu, 11 piyada döyüş maşını, üç maşın və bir sursat anbarı məhv edilib. Dörd “Orlan-10” PUA-sı da vurulub”.
Roman Göytürk,
KONKRET.az
