2025-ci il fevralın 1-dən Belarus öz ərazisindən neft nəqli tariflərini 11% artıracaq.
KONKRET.az xəbər verir ki, Belarus Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyinin müvafiq qərarı respublikanın milli hüquq portalında dərc olunub. Sənəd neft tranziti və onun daxili istehlak üçün daşınması üzrə yeni tarifləri müəyyən edir. Qərara əsasən, “Qomeltransneft Drujba” şirkətinin Uneça (Vısokoye) – Adamova Zastava marşrutu üzrə magistral boru kəməri xidmətlərinin tarifi xalis ton üçün 698,48 rubl təşkil edəcək. “Uneça (Vısokoe) – Brodı” və “Uneça (Vısokoe) – Belarus və Ukrayna sərhədi” istiqamətləri üçün qiymət 239,52 rubl müəyyən edilib. Bu rəqəmlər bir il əvvəl tətbiq edilən tariflərlə müqayisədə 11% artıb. Neftin respublika ərazisindən nəqli zamanı istifadə edilən Belarus rublu ilə hesablaşmalar üzrə tariflərin artırılması da nəzərdə tutulur. Artım analoji 11% təşkil edir. Qərar 2025-ci il fevralın 1-dən qüvvəyə minir.
Vəli Həsənoğlu,
KONKRET.az