Belarus səfiri Ermənistan XİN-ə ÇAĞIRILDIbackend

Belarus səfiri Ermənistan XİN-ə ÇAĞIRILDI

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan təsdiqləyib.

“Belarus səfiri Xarici İşlər Nazirliyində olub”, – deyə Unanyan görüşün təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində yeni ölkələrin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasının mümkün perspektivlərini şərh edərkən deyib ki, “Ermənistanın getməyə yeri yoxdur”.

Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, “Belarus prezidentinin bir növ geosiyasi təhlili ilk növbədə özünün daxili siyasi gündəliyi üçün nəzərdə tutulub və Ermənistan və onun xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur”. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*