Belarus Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, Ukraynanın Dnepr şəhərində Belarusun dövlət bayrağı müxalifətin ağ-qırmızı-ağ bayrağı ilə dəyişdirilib. Məsələ ilə bağlı Belarus Ukrayna Xarici İşlər Nazirliyinə nota verib.
Belarus səfirliyi bəyan edib ki, bunu Ukrayna hakimiyyətinin dövlət vandalizmi aktı hesab edir və rəsmi üzr istəməyi, araşdırma aparılmasını tələb edir.
Bildirilib ki, bayrağı Dnepr meri dəyişib.
Xuraman Etibarlı,
KONKRET.az
