“Belarusda yeganə çıxış yolu budur” – Avropa İttifaqının sədribackend

"Belarusda yeganə çıxış yolu budur” – Avropa İttifaqının sədri

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belarusdakı situasiyanı nizamlamaq üçün yeganə çıxış yolunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, Şarl Mişelin sözlərinə görə, respublikada ATƏT-in vasitəçiliyi ilə inklüziv milli dialoq təşkil olunmalıdır: “Bu, yaranmış vəziyyətdən çıxmağın yeganə yoludur”.

Şarl Mişel Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını və Avropa İttifaqının nəticələri tanımadığını vurğulayıb:

“Biz müxalifətə və dinc etirazçılara sərt təzyiqi pisləyirik. Repressiya və hədə-qorxu mütləq dayandırılmalı, bunun arxasında duran hər kəs məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır”.

teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*