Belçika kralı nikahdankənar qızını tanıdı – FOTObackend

Belçika kralı nikahdankənar qızını tanıdı - FOTO

Belçikanın keçmiş kralı II Albert rəssam Delfina Boelin bioloji atası olduğunu açıqlayıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RTBF nəşri keçmiş monarxın hüquqşünaslarının mətbuata verdikləri press relizə istinadən yayıb. Brüssel Apellyasiya Məhkəməsinin tələbi ilə böyük oğlunun xeyrinə taxtdan düşən II Albert Delfina Boelin xahişi ilə atalığın müəyyən edilməsi üçün test keçirib. Keçmiş kral DNT testinin nəticələrini ictimaiyyətə açıqlayıb. Analizin nəticələrinə görə, keçmiş monarx Boelin bioloji atasıdır. Beləliklə, o, keçmiş kralın dördüncü uşağı olur və mirasın bir hissəsinə iddia edə bilər. Lakin 85 yaşlı II Albert vurğulayıb ki, o, nigahdan kənar qızının tərbiyəsində iştirak etmədiyindən və təhsili ilə bağlı qərarlar vermədiyindən “ictimai atalığı” qəbul etmir. Xatırladaq ki, Boel 2013-cü ildən başlayaraq II Albertin DNT analizi verməyinə nail olub. Lakin o, həmin dövrlərdə dövlət başçısı kimi məhkəmə prosesində təqsirləndirilən şəxs adlandırıla bilməzdi. Rəssamın anası baronessa Sibil de Seli-Lonqşan 1966-cı ildən 1984-cü ilə qədər II Albertin məşuqəsi olduğunu iddia edir. Qadın bunu uzun müddət qızından gizlədib və atasının kim olduğunu Delfinanın 18 yaşında bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*