Bələdiyyə başçısı iş adamlarına pulsuz xlor təklif etdi – Koronavirusa görəbackend

Bələdiyyə başçısı iş adamlarına pulsuz xlor təklif etdi - Koronavirusa görə

Eçmiədzinin Bələdiyyə Başçısı Diana Qasparyan özünün Facebook səhifəsində iş adamlarına müraciət edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Diana iş adamlarına xlordan istifadənin vacibliyini deyib.

Müraciətdə daha sonra deyilir:

Əziz iş adamları!

Ərzaq müəssisələri, dükanlar, taksi xidmətləri, digər xidmət növləri göstərən müəssisə və təşkilatlar, banklar, kredit təşkilatları və s. rəhbərləri!

Hər kəsi müntəzəm olaraq çox sayda insanın toxunduğu əşyaları, anbarları, qapıları və tutacaqlarını dezinfeksiya etməyə çağırırıq.

Eyni zamanda bildiririk ki, bələdiyyə çox miqdarda xlor əldə edib və dezinfeksiyaedici maddələri ala bilməyən müəssisələrə çatdıra bilər.

Özümüzə və ətrafımızda olanlara qarşı məsuliyyətimizi dərk etməkdə həmişəkindən daha çox diqqətli olmalıyıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*