Belqorodda növbəti partlayışlar baş verdibackend

Belqorodda növbəti partlayışlar baş verdi

Rusiyanın Belqorod şəhərində partlayışlar baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” şahidlərə istinadla məlumat yayıb.

Məlumata görə, partlayışın gücündən şəhərdəki evlərin pəncərələri silkələnib.

Yakovlevsk şəhər dairəsinin rəhbəri Oleq Medvedyev də hadisəni təsdiqləyib və bildirib ki, partlayışlar Tomarovkada baş verib.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna ordusuna məxsus olduqları iddia edilən iki helikopter Belqoroddakı neft bazasına zərbələr endirmişdi. Lakin Ukrayna tərəfi rəsmi olaraq bu hadisədəki iştirakını təkzib etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*