Benyamin Netanyahununn xanımı təyyarədə dava-dalaş salıbbackend

Benyamin Netanyahununn xanımı təyyarədə dava-dalaş salıb

Ukraynaya rəsmi səfər üçün yola düşən İsrailin baş naziri Benyamin Netanyahunun xanımı Sara təyyarədə əsl qalamqal qoparıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb təyyarə komandirinin onu göyərtədə lazımı qaydada salamlamaması olub.

Sara Netanyahu oturduğu kürsüdən qalxaraq pilotların kabininə belə girmək istəyib, lakin onu buraxmayıblar.

Nəticədə hava gəmisinin kapitanı Kiyevə enməyə 45 dəqiqəyə almış onlaır dövlət protokoluna uyğun yenidən salamlamağa məcbur qalıb.

Ümumiyyətlə, İsraildə Sara Netanyahunun adı tez-tez belə qalmaqallarda çəkilir. Qeyd edək ki, İsrailin birinci ledisi özü əvvəllər təyyarədə stüardessa işləyib və baş nazirlə də orada tanış olub.

Bu ilin iyun ayında Fransanın “Le Figaro” qəzetinin yazarı Seqolen Forqar xanım Netanyahunun öz ölkəsində sistematik fırıldqçılıqda və korrupsiyada ittiham edildiyini yazmışdı.

Müəllifin bildirdiyinə görə, Beyt-Agion rayonundakı hökumət rezidensiyasında daimi əsasla işləyən aşpaz olsa da, Sara Netanyahu Qüdsün bahalı restoranlarında yüzlərlə yemək sifariş edib və bunu büdcə hesabına ödətdirib.

Həmin vaxt hüquq–mühafizə orqanları ilə gəlinən razılaşma ilə Sara Netanyahu büdcə vəsaitlərinin israf edilməsində günahkar bilinib. İsrail məhkəməsi onu ümumilikdə 13 min dollar məbləğində cərimələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*