Bərdədə ağır yol qəzası oldu – Xəsarət alanlar varbackend

Bərdədə ağır yol qəzası oldu - Xəsarət alanlar var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub.

Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*