Bərdədə anasının dəhşətli işgəncəsinə məruz qalan uşağın SON DURUMU – VİDEObackend

Bərdədə anasının dəhşətli işgəncəsinə məruz qalan uşağın SON DURUMU - VİDEO

Bərdə rayonunun H.Əliyev prospektində yerləşən çoxmənzilli binada yaşayan 7 yaşlı oğlan yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

KONKRET.az xəbər verir ki, azyaşlı deyib ki, anası Raya Həsənova onun qollarına qızdırılmış qaşıq basıb. Uşağın qolları yanıb, bədənində müxtəlif xəsarət izləri var.

Azyaşlı bildirib ki, anası bu hərəkəti onu cəzalandırmaq üçün edib.

7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı hallanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.

Hazırda onun müalicələri davam etdirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb. Onun xalası Sevinc Fərəcova hadisənin başvermə səbəbini açıqlayıb.

Faktla bağlı aidiyyəti qrumlar tərəfindən araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

/xəzər tv/

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*