Bərdədə binada partlayış oldu – 2 nəfər xəsarət aldıbackend

Bərdədə binada partlayış oldu - 2 nəfər xəsarət aldı

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada qeydə alınıb.

Partlayışın ev sahibinin qaz borusunda apardığı təmir işləri zamanı baş verdiyi deyilir.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*