Bərdədə kanalda 1 nəfər batdıbackend

Bərdədə kanalda 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*