Bərdədə mənşəyi bilinməyən idman qidaları aşkarlandıbackend

Bərdədə mənşəyi bilinməyən idman qidaları aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunun Güloğlular kəndindəki “SkyFit” idman zalında yoxlama keçirilb.

KONKRET.az xəbər verir ki, baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Sahibkar  Məhər Atakişiyev barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*