Bərdədə sərnişin avtobusu yandıbackend

Bərdədə sərnişin avtobusu yandı

Bərdə rayonunda sərnişin avtobusu qəflətən alovlanıb. Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

KONKRET.az-n Qarabağ bölgəsi üzrə xüsusi müxbiri xəbər verir ki “Mercedes” markalı sərnişin mikroavtobusunun mühərrik hissəsi qəflətən alovlanmağa başlayıb. Fövqəladə Hallar Naziriyinin Bərdə Rayon Yanğından mühafizə bölməsi  avtomobili söndürüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*